İnsanların lazımi pensiya kapitalını yığa bilməsi üçün hansı dəyişikliklərə EHTİYAC var? - AÇIQLAMA

İnsanların lazımi pensiya kapitalını yığa bilməsi üçün hansı dəyişikliklərə EHTİYAC var? - AÇIQLAMA

Hazırda oxunan: İnsanların lazımi pensiya kapitalını yığa bilməsi üçün hansı dəyişikliklərə EHTİYAC var? - AÇIQLAMA

228124

Azərbaycanda gələn il üçün əmək pensiyasının minimum məbləği artırılıb. Prezident İlham Əliyevin Sərəncamına əsasən, əmək pensiyasının minimum məbləği 320 manat olacaq.

Hər il əmək pensiyaları indeksləşdirilir və minimum məbəği artırılır. Lakin qanunvericiliyə uyğun olaraq, bununla yanaşı minimum pensiya kapitalı da artır. Yəni “Əmək pensiyaları haqqında” Qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir.

Hazırda minumum pensiya 280 manat olduğundan, minumum pensiya kapitalına dair tələb 40 min 320 manatdır. Gələn il minumum məbləğ 320 manat olduğundan, minimum pensiya kapitalı da avtomatik olaraq artaraq 46 min 80 manat olacaq. Yəni yaşa görə pensiyaya kapital hesabına çıxmaq istəyənlər həmin məbləğdə pensiya kapitalına sahib olmalıdırlar.

Hər il bu tendensiya ilə pensiya kapitalının artdığını nəzərə alsaq, pensiyaya çıxmaq üçün tələb olunan kapitalı yığmaq çətinləşir. Belə ki, ölkəmizidə bu il minimum əməkhaqqı 345 manat idi, indi artırılaraq 400 manat olub. Bu artım insanların rifahının yaxşılaşdırılması üçün müsbət addm olsa da, bir çox sahələrdə minimum əməkhaqqı alanların heç vaxt lazım olan pensiya kapitalını yığmayacağı anlamına gəlir. Yəni əməkhaqları, gəlirlər çox olduğu halda bu kapitalı yığmaq mümkündür. Ölkədə minimum və ya ona uyğun məbləğdə əməkhaqqı alan xeyli sayda şəxs var.

Bəs başqa ölkələrin təcrübələri necədir? İnsanların pensiya kapitalını yığması üçün hansı dəyişiklərə, addımlara ehtiyac var?

Mövzuya münasibət bildriən iqtisadçı ekspert Natiq Cəfərli Bizim.Media-ya deyib ki, bununla bağlı qanunvericlikdə dəyişiklik olunmalıdır:

“Azərbaycanda bir alqoritm var. Ölkədə minimum təqaüd artan kimi qanunvericilikdə bir bağlantı var ki, o, işə düşür. Minimum təqaüd 144 aya vurularaq kapitalın minimum yığım hissəsi təsbit olunur. Bizdə problem bununla bağlıdır. Minimum təqaüd 280 manat idi, indi 320 manat oldu.
 

Bəlkə, gələn il 400 manat olacaq. Hər dəfə minimum təqaüd artdıqca kapitalın yığım hissəsi qanunvericiliyə uyğun olaraq avtomatik artır. Bu, doğru bağlantı deyil, qanundan bu çıxarılmalıdır.


Bununla bağlı qərar verilsə, yaxşı olar. Qanunvericilikdə bu aradan qaldırılsa, vətəndaşların o minimum hissəni yığma şansları arta bilər”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO