ABŞ 1991-ci ildən bəri ilk dəfə İran neftini idxal etdi

ABŞ 1991-ci ildən bəri ilk dəfə İran neftini idxal etdi

Hazırda oxunan: ABŞ 1991-ci ildən bəri ilk dəfə İran neftini idxal etdi

22797

İran 1991-ci ilin noyabrından bəri ilk dəfə ABŞ-a neft ixrac edib.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Enerji Nazirliyinin Enerji İnformasiya İdarəsinin məlumatları sübut edir.

Mənbə bildirir ki, orta gündəlik tədarük 33 min barel təşkil edib.
 

MÖVZU İLƏ BAĞLI:

Dörd ayda neft-qaz sektoruna 1,8 milyard manat yönəldilib


Son dəfə ABŞ İrandan 1991-ci ilin noyabrında neft idxal edib. O vaxt tədarük həcmi gündə 64 min barel olub. Eyni zamanda, 2020-ci ilin oktyabr ayında ABŞ İrandan gündə 36 min barel həcmində neft məhsulları alıb.

Bu tədarüklər ən azı 1991-ci ilin dekabrından bəri ilk dəfə həyata keçirilib.

2015-ci ildə Altılıq (Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa) və İran tərəfindən imzalanan Birgə Hərtərəfli Fəaliyyət Planı İranın nüvə proqramını məhdudlaşdırması müqabilində sanksiyaların qaldırılmasını nəzərdə tuturdu. Bu isə heç üç il davam etməyib.

2018-ci ilin mayında ABŞ prezidenti Donald Tramp birtərəfli qaydada geri çəkilməyə və Tehrana qarşı sərt sanksiyaları bərpa etməyə qərar verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO