Naxçıvanda gələn il iqtisadi artımın 4 %-ə yaxın olacağı proqnozlaşdırılır

Naxçıvanda gələn il iqtisadi artımın 4 %-ə yaxın olacağı proqnozlaşdırılır

Hazırda oxunan: Naxçıvanda gələn il iqtisadi artımın 4 %-ə yaxın olacağı proqnozlaşdırılır

227754

Azərbaycan hökuməti bu il Naxçıvan Muxtar Respublikasında iqtisadi artımın 3,3 %, gələn il isə 3,9 % olacağını proqnozlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə Hesablama Palatasının "Naxçıvan Muxtar Respublikasının 2025-ci il üzrə büdcə layihəsinin təhlilinə dair analitik fəaliyyət üzrə Auditor Hesabatı"nda bildirilir.

Sənədə əsasən, 2024-cü ilin yekununda Naxçıvanda 1 milyard 441,9 milyon manat, gələn il isə 1 milyard 498,7 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunacaq.
 

Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Muxtar Respublikada 1 milyard 365,2 milyon manat dəyərində ÜDM istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur.


Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri isə 0,4 % artaraq 2 907 manat olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO