Gələn ilin müdafiə xərcləri daha 159 milyon manat ARTIRILIR

Gələn ilin müdafiə xərcləri daha 159 milyon manat ARTIRILIR

Hazırda oxunan: Gələn ilin müdafiə xərcləri daha 159 milyon manat ARTIRILIR

225459

Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaları və ona müvafiq olaraq büdcədənkənar xərcləri 40,0 milyon manat məbləğində artırılacaq.

Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Sami Şərifov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.

O bildirib ki, əlavə gəlir potensialının səfərbər edilməsi yolu ilə bir sıra publik hüquqi şəxslərə xərclərini dövlət büdcəsi hesabına deyil, daha çox öz gəlirləri hesabına təmin etmək tövsiyə edilib:

“Bunun nəticəsi olaraq, təqribən 159 milyon manat vəsaitin bu təyinat üzrə sərbəstləşdirilməsi və tam həcmdə ölkəmizin müdafiə və milli təhlükəsizliyinin daha da gücləndirilməsi ilə bağlı tədbirlərinin əlavə maliyyə təminatına yönəltmək nəzərdə tutulub. Bununla müdafiə və milli təhlükəsizlik xərclərinin dövlət büdcəsindəki ümumi məbləği 8 milyard 555 milyon manata çatdırılır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO