"WhatsApp"da göndərilən səslərdən bezənlərə ŞAD XƏBƏR

Hazırda oxunan: "WhatsApp"da göndərilən səslərdən bezənlərə ŞAD XƏBƏR

22515

"WhatsApp" messencerində səs mesajlarını sürətli rejimdə dinləməyə imkan verən yeni funksiya işə salınıb.

Bizim.Media apa-ya ya istinadla bildirir ki, tətbiqin yenilənmiş versiyası səsli mesajları normal sürətdə, bir qədər sürətli və iki dəfə daha sürətli səsləndirməyə imkan verir.

Bundan əlavə, "WhatsApp"a xüsusi bildirişlər də əlavə edilib. Belə ki, əgər istifadəçini hər hansı bir çatda qeyd ediblərsə və ya onun mesajına cavab verilibsə, qrupun adının yanında "@" işarəsi görünür.

Qeyd edək ki, səsli mesajlar üçün oxşar xüsusiyyət artıq bir neçə ildir "Telegram"da mövcuddur. Orada da səsli mesajların dinləmə sürətini iki dəfə artırmaq mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO