Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 14 milyard 993 milyon manat vergi daxil olub.
Bizim.Media bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 % azdır.
11 aylıq vergi daxilolmalarının 10 milyard 286,2 milyon manatı və yaxud 68,6 %-i qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 14,1% çoxdur.
Hesabat dövründə vergi proqnozuna 104,1 % əməl edilib.
Bizim.Media