Arazın su ehtiyatı bölüşdürülür - İranla Azərbaycan arasında mühüm sənəd

Arazın su ehtiyatı bölüşdürülür - İranla Azərbaycan arasında mühüm sənəd

Hazırda oxunan: Arazın su ehtiyatı bölüşdürülür - İranla Azərbaycan arasında mühüm sənəd

22470

Araz çayının su və enerji ehtiyatlarından birgə istifadə edilməsi ilə bağlı məsələləri operativ həll etmək məqsədilə keçmiş SSRİ və İran arasındakı razılaşmaya əsasən, daimi fəaliyyət göstərən Azərbaycan-İran Birgə Komissiya yaradılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağın su ehtiyatları açıqlandı


Məlumata görə, Komissiya hər il çayın su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi və paritet əsasda istifadə edilməsi məsələsini razılaşdırıb. Qurum fəaliyyətini Azərbaycan müstəqillik qazandıqdan sonra da davam etdirir.

Mayın 24-də Birgə Komissiyanın videokonfrans formatında keçirilmiş görüşündə 50-ci iclasın Protokolunun layihəsinin müzakirəsi aparılıb.

Komissiyanın Azərbaycan tərəfdən həmsədri "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı"nın sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda səhmdar cəmiyyətinin şöbə müdirləri Əjdər Cavadov və Elxan Hüseynov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Asif Verdiyev iştirak ediblər.

Mayın 31-də Araz su anbarının səddində “Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan-İran Birgə komissiyası”nın təntənəli şəkildə keçiriləcək 50-ci yubiley iclasında Protokol imzalanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO