ABŞ-də tarixin ən böyük fırıldaqçılığı: 280 milyard dollar mənimsənildi

ABŞ-də tarixin ən böyük fırıldaqçılığı: 280 milyard dollar mənimsənildi

Hazırda oxunan: ABŞ-də tarixin ən böyük fırıldaqçılığı: 280 milyard dollar mənimsənildi

221302

COVID-19 pandemiyası zamanı ABŞ administrasiyası tərəfindən paylanan 4,2 trilyon dollarlıq yardım pulunun 280 milyard dolları fırıldaqçılar tərəfindən mənimsənilib.


Sfera.az “investing.com”a istinadən xəbər verir ki, bu, ABŞ tarixində ən böyük fırıldaq hadisəsi olub. 


Pulun mənimsənilməsi hadisəsi yardımların haqqı çatmayan sahibkarların hesabına köçürülməsi şəklində baş verib. Belə ki, ABŞ Kiçik Biznes Administrasiyası (SBA) vasitəsilə kredit borcu olan sahibkarlara pul yardımı edilib. Hansı sahibkarın kredit borcunun olub-olmaması xüsusi qaydada yoxlanılmayıb, yalnız sahibkarların təsdiq etdiyi sənədlərlə kifayətlənilib. Buna görə də çox sayda sahibkar kredit borcu olmadığı halda böyük məbləğdə yardım ala bilib. Bu cür yardımların ümumi məbləğinin 280 milyard dollar olduğu təxmin olunur. 


Vasif

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO