Mərkəzi Asiya ölkələri ilə BİRGƏ LAYİHƏ – Avropaya yaşıl enerji ixracının qazandıracağı DİVİDENDLƏR

Mərkəzi Asiya ölkələri ilə BİRGƏ LAYİHƏ – Avropaya yaşıl enerji ixracının qazandıracağı DİVİDENDLƏR

Hazırda oxunan: Mərkəzi Asiya ölkələri ilə BİRGƏ LAYİHƏ – Avropaya yaşıl enerji ixracının qazandıracağı DİVİDENDLƏR

220826

Bakıda keçirilən COP29 tədbiri Azərbaycanın dünya miqyasında imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tədbirin mühüm nəticələrindən biri də Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında imzalanan "Yaşıl Enerji üzrə Anlaşma Memorandumu" olub.

Hansı ki, bu memorandum, təkcə iştirakçı ölkələr arasında əməkdaşlığın dərinləşməsini deyil, həm də qlobal enerji bazarında yeni inteqrasiya modelinin yaradılmasını nəzərdə tutur. Belə ki, ona əsasən Azərbaycan Orta Asiya ölkələri ilə birgə Avropaya yaşıl enerji ixrac edəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Qırğızıstanla enerji əməkdaşlığı üzrə sənədlər imzaladı – FOTO


“Yaşıl enerji” ixracı ölkəmizə hansı dividendləri qazandıracaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, Azərbaycanın sözügedən memorandumla Orta Asiya ölkələrilə birgə Avropaya yaşıl enerji ixrac etməsi ölkəmizin nüfuzunun artması baxımından mühüm addımdır:

“Nəzərə almaq lazımdır ki, artıq Azərbaycan karbohidrogen ehtiyatlarını iqtisadi dövriyyəyə cəlb etməklə zəngin təbii sərvətlərini Avropaya çıxara bilib. Bu gün istənilən ölkə rahatlıqla Bakı-Tiflis-Ceyhan xətinə qoşulur. Eyni zamanda, qaz ixrac kəməri ilə öz varlığımızı iqtisadi dövriyyəyə cəlb etməklə paralel olaraq artıq həmin kəmərdən tranzit xətti olaraq istifadə etmək imkanlarımız da yaranıb. Kifayət qədər mavi qaz ehtiyatı olan regionda və onun ixracını həyata keçirmək istəyən ölkə mütləq şəkildə Azərbaycanın bu imkanlarından istifadə edə bilir.

Bakı-Tiflis-Qars dəmiryolu üzərindən qurulan, oradan da Transanadolu xəttindən Avropaya qədər uzanmış dəmiryolu xətti də Şərqlə qərbi birləşdirir. Bu tranzit güclərindən rahatlıqla digər ölkələr də istifadə edir. Deməli, Azərbaycan hansı layihə üzərində işləyibsə, gələcəkdə onun tranzit gücü və gəlirlərindən perspektivdə istifadə edə biləcəyimizi də düşünmüşük”.

Ekspertin fikrincə, COP29 tədbirində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanan memorandumla Bakı Orta Asiyadan Avropaya yaşıl enerjinin ixracına əlavə olaraq, tranzit gəlirlərindən də yararlanacaq:

“Bu istiqamətdə danışıqlar ilk öncə Özbəkistanla aparılıb. Artıq Qazaxıstan da prosesə qoşulur. Bunun nəticəsində Azərbaycan mövcud alternativ enerji mənbələrinin kifayət qədər dəyərləndirilməsinin texniki iqtisadi əsaslandırılması üzərində işləri həyata keçirib. Yəni Azərbaycan əvvəldən özünün alternativ enerji mənbələrinin ixracı üzərində düşünüb.

Amma sözügedən memorandumun imzalanması və Qazaxıstanla Özbəkistanın da həmin layihəyə qoşulması Azərbaycana əlavə olaraq bu istiqamət üzrə tranzit gəlirlərindən də yararlanmağa imkan yaradır. Biznesin təşkili və yaxud ixrac potensialının istiqamətləndirilməsi üzərində işləməklə yanaşı, gələcəkdə bu qüvvələrdən tranzit imkanları kimi istifadə etməyimiz ölkəmizə əlavə sabit gəlirlər gətirəcək. Bu layihəyə Azərbaycan hər hansı bir xərc, investisiya qoymur. Ancaq qoyduğu kapital qoyuluşu əsasında dividend olaraq əlavə gəlir mənbəyi formalaşdırır”.

Ekspert qeyd edir ki, sözügedən memorandumun COP29 tədbiri çərçivəsində həyata keçirilməsi həm də ətraf mühitin mühafizəsinə diqqətin artırılması və bu fonda Azərbaycanın nüfuzunun artması baxımından böyük töhfədir:

“Bu həmçinin alternativ enerji mənbələrindən istifadə istiqamətində addımların atılması yolunda mühüm əhəmiyyət kəsb edən vacib məqamdır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO