“Biz qlobal orta temperaturun 1,5 dərəcə selsi ilə məhdudlaşdırılması hədəfinin əlçatmaz olmasına imkan verməməliyik. Hətta temperatur yüksəlməyə davam etsə belə, bizim razılaşmaların həyata keçirilməsi prosesi geri qaytarmalı olacaq və infrastruktura investisiyalar 2 trilyon dollara çatacaq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil deyib. O, həmçinin qeyd edib ki, bu məbləğ mədən yanacaqlarından demək olar ki, iki dəfə çoxdur. Stil onu da bildirib ki, təmiz enerjiyə keçid və iqlimə davamlılıq qarşısı alınmazdır və sürətləndirilməlidir.
İcraçı direktorun sözlərinə görə COP29 bu mənada dünya dövlətlərinə yeni mesajlar verəcək. Dünya dövlətləri iqlim dəyişikliyinə qarşı mübarizədə bu il ən azı 100 milyard dollar xərcləyəcəyi gözlənilir.
Nəzərə alaq ki, Dubayda keçirilən COP28 tədbirindən sonra dünya ölkələri iqlim dəyişikliyi ilə mübarizəyə 50 milyarda dollar civarında vəsait ayırdı.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:23 / 12.11.2024
Bu il alternativ enerjiyə 2 trilyon dollar investisiya yatırılacaq
Hazırda oxunan: Bu il alternativ enerjiyə 2 trilyon dollar investisiya yatırılacaq
Hazırda oxunan: Bu il alternativ enerjiyə 2 trilyon dollar investisiya yatırılacaq
220267
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.