Xocalı rayonunun Əsgəran qəsəbəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin həmtəsisçisi olduğu “Shahbulag Mining” MMC daha bir layihənin icrasına başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir bildirib ki, illik istehsal gücü 60 min ton olan “AzCement” sement zavodunda 70 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub:
“Zavod işğaldan azad edilmiş ərazilərin infrastrukturunun və sənaye potensialının gücləndirilməsinə, regionun iqtisadi inkişafına töhfə verəcək”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
20:17 / 22.10.2024
Əsgəranda sement zavodu fəaliyyətə başlayıb
Hazırda oxunan: Əsgəranda sement zavodu fəaliyyətə başlayıb
Hazırda oxunan: Əsgəranda sement zavodu fəaliyyətə başlayıb
217308
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.