Hansı universitetlərdə tələbələrə adlı TƏQAÜDLƏR verilir? – SORĞU

Hansı universitetlərdə tələbələrə adlı TƏQAÜDLƏR verilir? – SORĞU

Hazırda oxunan: Hansı universitetlərdə tələbələrə adlı TƏQAÜDLƏR verilir? – SORĞU

217101

Azərbaycanda tələbələrə bilik və bacarıqlarına əsasən təqaüdlər verilir. Təqaüdlərin təyin olunması Nazirlər Kabinetinin təsdiq etdiyi “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi qaydaları” ilə tənzimlənir.

Ali təhsil sistemində standart təqaüdlə yanaşı, prezident və adlı təqaüdlər də var. Adlı təqaüdlər universitetlərin özlərində qanunla müəyyən edilmiş qaydalara əsasən orta müvəffəqiyyət göstəricilərinə (ÜOMG) uyğun olaraq konkret şəxsin adına təsis edilməklə verilir.
 

MÖVZU İLƏ BAĞLI:

Kadr ehtiyatını təmin etməyən UNİVERSİTETLƏR – Məzunlarının taleyi ilə niyə MARAQLANMIRLAR?


Əvvəllər Bakı Dövlət Universitetində 20-dən çox ziyalının adına təqaüd təsis etməklə universitetdə bilik və bacarığı ilə fərqlənən, ali təhsil müəssisəsinin ictimai işlərində fəal iştirak edən tələbələrə təyin edilib.

Bəs hazırda hansı təhsil ocaqları tələbərinə adlı təqaüdlər təklif edir?

Bizim.Media bununla bağlı məlumat almaq üçün bir neçə universitet ilə əlaqə saxlayıb.

Bakı Dövlət Universitetindən saytımıza bildirilib ki, ali təhsil müəssisəsində "Məqsədli təqaüdlərin verilməsi haqqında Əsasnamə" təsdiq olunub və məqsədli təqaüdlərin verilməsi həmin Əsasnamə ilə tənzimlənir.

Lakin təqaüdlərin kimlərin adına olduğu haqqında əlavə məlumat verilməyib.

Azərbaycan Dillər Univeristetdə (ADU) bir neçə şəxsin adına təsis edilən  təqaüd tələbələrə verilməkdədir. Bunu universitetin mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı sorğumuza cavabında bildirib:

“Azərbaycan Dillər Universitetində fakültələr üzrə ən yaxşı göstəriciləri olan tələbələrə adlı təqaüd verilir. Həmin təqaüdlər Ağamusa Axundov, Mir Cəlal Paşayev, Məryəm Qarayeva, İsmixan Rəhimov və Əlimərdan bəy Topçubaşovun adına olan təqaüdlərdir”.

Azərbaycan Dövlət İqtisad Universitetindən adlı olmasa da tələbələrə ali məktəb tərəfindən xüsusi təqaüdlərin verildiyi qeyd olunub:

“Universitet 600 və daha yüksək bal toplayanlara, eləcə də beynəlxalq və respublika fənn olimpiada qaliblərinə verilir. Onlara bir semestr boyunca 100 manat məbləğində xüsusi təqaüd verilir. Sonradan isə, birinci semestrin sonundan sonra Top15 təqaüdü ilə əvəzlənir və hər kurs üzrə ən yüksək bal toplayan 15 tələbəyə dövlətin verdiyi təqaüddən əlavə UNEC əlaçı təqaüdü verir”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat xidmətindən bildirilib ki, ali təhsil müəssisəsində 14 adda təqaüd mövcuddur:

“ADPU-nun Elmi Şurasının müvafiq qərarlarına əsasən, imtahan sessiyaları dövründə ÜOMG-si yüksək olan tələbələrə adlı təqaüdlər təyin olunur. Bunlar aşağıdakılardır:

Heydər Əliyev təqaüdünün məbləği 250 manat, Nizami Gəncəvi, Abbasqulu ağa Bakıxanov, Qafur Rəşad Mirzəzadə, Üzeyir Hacıbəyov, Abdulla Şaiq, Həsən Abdullayev, Zahid xəlilov, Yusif Məmmədəliyev, Mehdi Mehdizadə, Bəxtiyar vahabzadə, Lütfi Zadə, Xəlilrza Ulutürk təqaüdlərinin məbləği 204 manat və Firudin bəy Köçərli adına məbləği 125 manat olan təqaüd bir il ərzində yüksək nəticə ilə qəbul olunan tələbəyə verilir. İlk 13 adlı təqaüd isə semestr imtahanlarında ən yüksək nəticəyə görə verilir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO