Ağalı kəndində 313 sakin İŞLƏ TƏMİN OLUNUB

Ağalı kəndində 313 sakin İŞLƏ TƏMİN OLUNUB

Hazırda oxunan: Ağalı kəndində 313 sakin İŞLƏ TƏMİN OLUNUB

216900

Bu gün, 20 Oktyabr - Zəngilan Şəhəri Günüdür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsinin ən şanlı səhifələrindən biri olaraq, 2020-ci il oktyabrın 20-də Zəngilan şəhəri və ətraf kəndləri erməni işğalından azad edilib.

Dövlətimizin başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən 20 Oktyabr - Zəngilan Şəhəri Günü kimi qeyd edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi Zəngilanın Ağalı kəndinə köçürülən sakinlərin məşğulluğunun təminatı istiqamətində ardıcıl işlər aparır.
 

MÖVZU İLƏ BAĞLI:

İşğaldan azad olunmuş ərazilərin bərpasına xərclənəcək vəsait AÇIQLANDI


Qeyd olunub ki, onlardan artıq 313 sakinin məşğulluğu təmin edilib. Habelə Ağalı sakinlərindən 26 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub, 36 sakin isə peşə hazırlığı kurslarına cəlb edilib.

2021-ci ilin may ayında Ağalı kəndində ilk “Smart DOST” məntəqəsi də açılıb və hazırda məntəqədə operator işi ilə təmin edilərək DOST xidməti göstərən şəxs də elə Ağalı kəndinin sakinidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO