Un və un məhsulları niyə bahalaşıb? – “Ehtiyyatlar minimum səviyyəyə enib”

Un və un məhsulları niyə bahalaşıb? – “Ehtiyyatlar minimum səviyyəyə enib”

Hazırda oxunan: Un və un məhsulları niyə bahalaşıb? – “Ehtiyyatlar minimum səviyyəyə enib”

21645

Azərbaycanda unun qiymətində artım müşahidə olunur. Məsələn, əvvəl 26 manata olan 50 kq-lıq un kisəsinin qiyməti indi 26.50 - 27 AZN-ə təklif edilir. Bəzi ticarət məkanlarında isə qiymət fərqi 28 manata qədər yüksəlib.

Məumdur ki, ərzaq məhsulları arasında buğda və unun qiymət artımına ölkədə hər zaman həssas məsələ kimi yanaşılıb.

Dövlət də zaman-zaman çörək, un və buğdanın qiymət artımının qarşısını almaq üçün müəyyən addımlar atıb. Bu il də fevralın 1-dən mayın 1-dək olan dövrdə un istehsalı ilə məşğul olan şəxslərə, satılan unun hər tonuna görə 35 manat məbləğində subsidiya veriliməsi qərara alındı. İndi həmin müddət bitir. Un qiymətlərindəki artıma başqa hansı faktorlar təsir edir?
 

MÖVZU İLƏ BAĞLI:

Buğda idxalı ölkəyə gətirilən məhsullar arasında ilk yeri tutub – İlin ilk rübünün göstəriciləri


İqtisadçı Akif Nəslirli Bizim.Media-ya açıqlamasında bildirib ki, unun qiymətinin bahalaşması bir neçə faktorla bağlıdır: 

“Təxminən bir aydan sonra taxıl biçimi başlanır. Yəni ötən taxıl mövsmündən bir il ötüb. İndiki mərhələdə qiymətin bahalaşması onu göstərir ki, ölkə daxilində yığılan ehtiyatlar minimum səviyyəyə enib”. 

Akif Nəsirli bildirir ki, bu vəziyyət təkcə Azərbaycanda deyil, dünyada da müşahidə olunur: 

“Pandemiyanın təsiri altında dünayada bütün qida məhsulları – o cümlədən də taxıl və unun məhsul indekslərində 1,5-2, 2,5 bənd bahalaşma var. Bu amil də Azərbaycandakı qiymətlərə təsir edir”.

Bununla belə iqtisadçı Azərbaycanda bahalaşmanın digər ölkələrlə müqayisədə daha sürətlə getdiyini də qeyd etdi: 

“Yerli istehsal və idxal monopoliyada olduğuna, rəqabət mühiti olmadığına görə, dünya bazarlarında qiymətlərin acza bahalaşması Azərbaycan sahibkarı üçün bəhanəyə çevirilir”. 

Akif Nəsirli taxıl biçini mövsümü başlayan zaman qiymətlərin həm Azərbaycanda, həm də digər dünya ölkələrində sabitləşəcəyini deyir: 

“Azərbaycanda əvvəlki illərlə müqayisədə daha çox taxıl istehsal ediləcək. Çünki işğaldan azad edilmiş ərazilərimizdə də taxıl əkilib. Bunun hesabına Azərbaycanın taxıl istehsalı təxminən 15-20 min ton artacaq”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO