TAP-dan qaz tədarükünün həcmi ilə bağlı AÇIQLAMA

TAP-dan qaz tədarükünün həcmi ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: TAP-dan qaz tədarükünün həcmi ilə bağlı AÇIQLAMA

216440

Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya kommersiya istismarının başlanmasından 2024-cü il sentyabrın 28-dək 39,51 milyard kubmetr qaz nəql edilib.

Bizim.Media xəbər verir ki, bu barədə trend.az-a TAP AG konsorsiumundan məlumat verilib.

"Hesabat dövründə TAP Yunanıstana 3,86 milyard kubmetr, Bolqarıstana 2,40 milyard kubmetr və İtaliyaya 32,97 milyard kubmetr qaz tədarük edib", — konsorsiumdan bildirilib.
 

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.


31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını şaxələndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO