Neft Fondundan dövlət büdcəsinə 9,5 milyard manatlıq transfert edilib

Neft Fondundan dövlət büdcəsinə 9,5 milyard manatlıq transfert edilib

Hazırda oxunan: Neft Fondundan dövlət büdcəsinə 9,5 milyard manatlıq transfert edilib

216309

Cari ilin doqquz ayı ərzində dövlət büdcəsinin gəlirləri 27 milyard 683,6 milyon manat proqnoza qarşı 27 milyard 737 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 53,4 milyon manat və ya 0,2 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 25,6 faiz və ya 5 milyard 660,6 milyon manat çoxdur.

Maliyyə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 0,3 faiz çox icra edilməklə 18 milyard 151,3 milyon manat təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin daxilolmalarının 12 milyard 30,5 milyon manatı və ya 43,4 faizi vergi daxilolmalarının və dövlət rüsumlarının, 9 milyard 585,7 milyon manatı və ya 34,6 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 4 milyard 931,2 milyon manatı və ya 17,8 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 419,7 milyon manatı və ya 1,5 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarının, 250 milyon manatı və ya 0,9 faizi Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığından daxilolmalarının, 28,3 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 491,6 milyon manatı və ya 1,7 faizi sair daxilolmaların payına düşüb.

Yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri üzrə təsdiq edilmiş proqnozdan vergi və rüsumlar üzrə daxilolmalar 197,1 milyon manat və ya 1,7 faiz, gömrük rüsumları və idxala görə vergi daxilolmaları 120,9 milyon manat və ya 2,5 faiz, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 0,2 milyon manat, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 3,9 milyon manat və ya 16 faiz çox, Mərkəzi Bankdan daxilolma proqnozlaşdırılan səviyyədə, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 79,5 milyon manat, 15,9 faiz və sair gəlirlər üzrə daxilolmalar 189,2 milyon manat, 27,8 faiz az təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO