Qazaxıstanın Azərbaycana borcu 25% artdı - SƏBƏB

Qazaxıstanın Azərbaycana borcu 25% artdı - SƏBƏB

Hazırda oxunan: Qazaxıstanın Azərbaycana borcu 25% artdı - SƏBƏB

21485

Bu ilin yanvarın 1-nə Qazaxıstanın xarici dövlət borcu illik ifadədə 3% artaraq 163,4 mlrd. ABŞ dollarına çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Milli Bankının açıqlamasında deyilir.

Məlumata görə, Qazaxıstanın xarici dövlət borcunun 93,9%-i uzunmüddətli (1 ildən çox) borcun payına düşür. Ölkənin xarici borcunun 80,12%-i ABŞ dollarındadır.

Ölkələrə gəldikdə, cari ilin yanvarın 1-i tarixinə Qazaxıstanın Azərbaycana borcu 42,7 mln. dollar təşkil edib. Bu, 2020-ci ilin yanvarı 1-də qeydə alınan göstərici ilə müqayisədə 25,1% çoxdur.

Struktura gəldikdə, ölkənin Azərbaycana olan borcunun 15 mln. dolları şirkətlərarası borclar, 8,2 mln. dolları bank sektoru, 19,5 mln. dolları isə digər sektorların payına düşür.

Qeyd edək ki, Qazaxıstanın xarici borcunun əsas hissəsi Niderlanda (44,156 mlrd. dollar), Böyük Britaniya (23,450 mlrd. dollar) və ABŞ-adır (12,972 mlrd. dollar). (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO