2021-ci il yanvar-aprel aylarında Azərbaycan 10,737 milyon ton neft ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz azdır.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.
MÖVZU İLƏ BAĞLI:
Ölkəmizin əsas ticarət tərəfdaşları - SİYAHI
Azərbaycan hesabat dövründə 4,353 milyard dollar məbləğində neft ixrac edib. Bu, ötən ilin eyn dövrü ilə müqayisədə 9,7 faiz azdır.
Eyni zamanda, neft məhsullarının ixracı 388 311 ton təşkil edib ki, bu da 2020-ci il yanvar-aprel ayları ilə müqayisədə 10,7 faiz az olub.
Bizim.Media