Azərbaycanda pensiyaçıların sayı sürətlə azalır – RƏSMİ

Azərbaycanda pensiyaçıların sayı sürətlə azalır – RƏSMİ

Hazırda oxunan: Azərbaycanda pensiyaçıların sayı sürətlə azalır – RƏSMİ

213231

Cari ilin məlumatlarına görə, Azərbaycanda pensiya alan şəxslərin sayı 1 milyon 95 min 958 nəfər olub.

Bizim.Media “valyuta.az”a istinadən xəbər verir ki, bu, ötən illə müqayisədə 18 min 269 nəfər azdır.

Ötən il Azərbaycanda pensiyaçıların sayı 1 milyon 114 min 227 nəfər olub.

Bununla yanaşı, son beş ildə pensiyaçıların sayı 174 min 601 nəfər, son on ildə isə 194 min 924 nəfər azalıb. Həmçinin bu il yaşa görə pensiya alanların sayı 701 min 637 məfər, əlilliyə görə pensiya alanların sayı 258 min 101 nəfər, ailə başçısını itirməyə görə pensiya alanların sayı 136 min 220 nəfər olub.

Rəsmi məlumatlara görə, pensiyaçıların sayının azalması sosial pensiyaların sosial müavinətlərlə əvəz edilməsi ilə əlaqədardır.

Azərbaycanda son beş ildə pensiyaçıların sayı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO