Azərbaycan iqtisadiyyatı nə qədər geriləyib? – SON STATİSTİKA

Azərbaycan iqtisadiyyatı nə qədər geriləyib? – SON STATİSTİKA

Hazırda oxunan: Azərbaycan iqtisadiyyatı nə qədər geriləyib? – SON STATİSTİKA

21271

2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78,6 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. 

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz azdır.

Bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 8,4 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4,1 faiz artıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bu ilin 4 ayında qeyri-neft ixracı 62,5 faiz artıb


ÜDM istehsalının 41,1 faizi sənaye, 10 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,7 faizi tikinti, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi informasiya və rabitə, 0,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,1 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 10,3 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2 506,2 manata bərabər olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO