“Orta Dəhlizin Cənub qolu çox böyük fayda verə bilər” – Tacikistan rəsmisi

“Orta Dəhlizin Cənub qolu çox böyük fayda verə bilər” – Tacikistan rəsmisi

Hazırda oxunan: “Orta Dəhlizin Cənub qolu çox böyük fayda verə bilər” – Tacikistan rəsmisi

212300

“Dəmir yolunda daşımaların həcmini maksimum səviyyəyə qaldırmaqda burada iştirak edən bütün tərəflər maraqlıdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Tacikistan Dəmir Yolları Dövlət Unitar Müəssisəsinin Yol rəisinin birinci müavini Sorban Qulaxmadov Bakıda keçirilən "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısında deyib.

Onun sözlərinə görə Qərb-Şərq və əks istiqamətdə yüklərin daşınmasında təklif olunan yeni marşrut çox böyük fayda verə bilər:
 

“Məlumdur ki, logistika Beynəlxalq əməkdaşlıq üçün ən yaxşı vasitədir. Bu həm də imkanların birləşdirilməsidir. Ona görə də "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının yaradılması səylərin və imkanların birləşdirilməsində xüsusi rol oynaya bilər.


Hər bir ölkənin ərazisində dəmir yollarının yüksək səviyyədə xidmət göstərməsinə əngəl olan müəyyən məsələlər var. İnanıram ki, yeni yaradılan Assosiasiya bu cür problemlərin aradan qaldırılmasına da yardımçı ola bilər. Ona görə də bizim ölkə Assosasiyaya üzv olacaq ölkələrlə daha geniş spektirdə əməkdaşlıq etməyə hazırdır”.

Günay Şahmar, Səid Qurbanov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO