Cari ilin yanvar-avqust ayları ərzində ölkədə neft (kondensatla birlikdə) hasilatı 40 faiz azalaraq təxminən 19,3 milyon ton təşkil edib.
Bizim.Media Energetika Nazirliyinə istinadən xəbər verir ki, respublika üzrə neft hasilatının 11,1 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,8 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,4 milyon tonu (kondensat) Abşeron yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5 milyon ton təşkil edib.
Hesabat dövründə təxminən 16 milyon ton neft (kondensatla birlikdə) nəql olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz azdır. Bunun 13,9 milyon tonu konsorsiumun, 2,1 milyon tonu isə SOCAR-ın payına düşür.
Cari ilin yanvar-avqust aylarında ölkədə neftin emalı ötən ilin eyni dövrü ilə sabit qalaraq 4,4 milyon ton təşkil edib.
Bu ilin avqust ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 76 min 45 ton olub. Bunun 64 min 870 tonunu xam neft, 11 min 175 tonunu kondensat təşkil edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:16 / 10.09.2024
Bu il Azərbaycanın neft ixracı 16 milyon ton olub
Hazırda oxunan: Bu il Azərbaycanın neft ixracı 16 milyon ton olub
Hazırda oxunan: Bu il Azərbaycanın neft ixracı 16 milyon ton olub
210818
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.