Toy mövsümünün başlaması ilə ətin qiymətində artım müşahidə olunur.
Bizim.Media xəbər verir ki, alıcılar da qiymətin artdığını bildirirlər.
Satıcılar bildirir ki, qiymətin artmasının əsas səbəblərindən biri də mal-qara üçün nəzərdə tutulmuş yem və dərman məhsullarının bahalaşmasıdır.
Alıcılardan biri qiymət artımı ilə bağlı Baku TV-yə danışıb:
"20 manata ət olar? Kasıb nə etsin, acından ölsün? Əvvəl ətin qiyməti 15-16 manat idi, indi 20 manat olub. Qiymətlər hər gün artır. Kasıb ət yeməli deyil?".
Satıcı Elçin Həşimov isə deyir ki, dana əti hazırda 15 - 15,50 manat arasında dəyişir:
"Quzu əti isə 19-21 manat arasındadır. Mal-qara üçün yem, ot qiymətləri yüksəldiyinə görə, istər-istəməz ətin qiyməti qalxır. Alıcı qüvvəsi zəifdir".
Daha ətraflı Baku TV-nin süjetində:
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
20:06 / 07.09.2024
Ətin qiyməti QALXDI - VİDEO
Hazırda oxunan: Ətin qiyməti QALXDI - VİDEO
Hazırda oxunan: Ətin qiyməti QALXDI - VİDEO
210447
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.