SOCAR Özbəkistanda “İqtisadiyyatın əsas istiqamətləri – ümumi rifaha doğru addım” adlı sərgidə təmsil olunur - FOTO

SOCAR Özbəkistanda “İqtisadiyyatın əsas istiqamətləri – ümumi rifaha doğru addım” adlı sərgidə təmsil olunur - FOTO

Hazırda oxunan: SOCAR Özbəkistanda “İqtisadiyyatın əsas istiqamətləri – ümumi rifaha doğru addım” adlı sərgidə təmsil olunur - FOTO

208076

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan məhsullarına və ölkəmizdə göstərilən xidmətlərə həsr olunan “İqtisadiyyatın əsas istiqamətləri – ümumi rifaha doğru addım” adlı sərgidə öz stendi ilə təmsil olunur.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə təşkil olunan sərgidə SOCAR stendi çoxsaylı ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

SOCAR-dan Bizim.Media-ya bildirilib ki, stenddə şirkətin fəaliyyət istiqamətlərinə, o cümlədən apstrim, midstrim, daunstrim, “Yaşıl gündəlik” və insan kapitalı üzrə əldə olunan ən son nailiyyətlərə dair məlumatlar “touch screen” ilə idarə olunan 5 LED monitor vasitəsilə Azərbaycan, rus və ingilis dillərində təqdim edilir.

Stenddə, həmçinin SOCAR-ın müxtəlif ölkələrdə fəaliyyət göstərən nümayəndəlikləri barədə məlumatlar əldə etmək mümkündür.

Burada “Şahdəniz Alfa” platforması, oradan boru ilə qazın Gürcüstan vasitəsilə Türkiyəyə ötürülməsi və yayılması, eyni zamanda, həyata keçirilən fəaliyyətdə insan kapitalının vacibliyi neftçi obrazı ilə 3D effektlərlə təqdim edilir. Stenddə, eyni zamanda, “Şahdəniz Bravo” platformasının maketi 3D (LED) Fanlarla nümayiş etdirilir.

SOCAR-ın stendində, həmçinin Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan məhsullar, o cümlədən Aİ 92 və Aİ 95 markalı benzin, neft koksu, kerosin, nafta, bitumen və dizel təqdim olunur.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO