Orta Dəhlizlə yükdaşımalar kəskin artdı

Orta Dəhlizlə yükdaşımalar kəskin artdı

Hazırda oxunan: Orta Dəhlizlə yükdaşımalar kəskin artdı

205290

Bu ilin yanvar-iyul aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) 2,5 milyon ton yük daşınıb.

Bizim.Media Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62 % çoxdur.

Nazirlik bu il TBNM vasitəsilə 4,2 milyon ton yük daşınacağını proqnozlaşdırır.

2023-cü ildə Orta Dəhlizlə yükdaşımalar 2022-ci illə müqayisədə 65 % artaraq 2,7 milyon ton təşkil edib.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO