Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar ARTIB 

Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar ARTIB 

Hazırda oxunan: Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar ARTIB 

203688

Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) özəlləşdirmə hesabına dövlət büdcəsinə 75 milyon manat köçürüb. 

Bizim.Media quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24 % çoxdur. 

Hesabat dövründə Dövlət Xidməti 29 hərrac keçirib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 412 nəqliyyat vasitəsi özəlləşdirilib.

Hərraca çıxarılmış dövlət əmlakı üzrə 305 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 38 onlayn qoşulma reallaşıb. Birinci yarımillikdə hərrac vasitəsilə 18 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib. 

6 ay ərzində yeni iş yerlərinin açılması, sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi baxımından iri dövlət müəssisələrinin investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilməsi davam etdirilib.
Hesabat dövründə investisiya müsabiqəsi vasitəsilə “Bakı Alüminium Profil” MMC özəlləşdirilib. Bununla yanaşı, “Bakı Mərmər Qranit” MMC-nin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib. Hazırda Müsabiqə Komissiyası təklifləri qiymətləndirir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO