İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Fəaliyyəti və Maliyyə üzrə xüsusi elçisi və Xalis sıfır üzrə Qlazqo Maliyyə Alyansının həmsədri Mark Karni ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanda iqlim dəyişikiyi ilə mübarizə fəaliyyətində iştiraka, ətraf mühitin mühafizəsinə və alternativ enerji mənbələrinin yaradılmasına xüsusi önəm verildiyi qeyd edilib.
Tərəflər Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ev sahibi kimi qlobal iqtisadi çağırışların həllində fəal mövqeyi, xalis sıfır hədəfinə uyğun biznes həllərinə investisiya, COP29 çərçivəsində potensial tərəfdaşlıq məsələlərini müzakirə ediblər.
Əməkdaşlığın gündəliyində olan məsələlər, o cümlədən, dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə sahəsində iqtisadi məsələlərə dair fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
22:41 / 23.07.2024
BMT ilə xalis sıfır hədəfinə uyğun biznes həllərinə investisiya müzakirə edilib - FOTO
Hazırda oxunan: BMT ilə xalis sıfır hədəfinə uyğun biznes həllərinə investisiya müzakirə edilib - FOTO
Hazırda oxunan: BMT ilə xalis sıfır hədəfinə uyğun biznes həllərinə investisiya müzakirə edilib - FOTO
203313
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.