Azərbaycanda siqaret və arağa nə qədər pul xərclənir? – Rəsmi AÇIQLAMA 

Azərbaycanda siqaret və arağa nə qədər pul xərclənir? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Azərbaycanda siqaret və arağa nə qədər pul xərclənir? – Rəsmi AÇIQLAMA 

202677

Bu ilin ilk beş ayında Azərbaycanda siqaret və arağa 4140,4 min dollar (7 milyard 25 milyon 861,52 manat) pul xərclənib. 

Bu barədə Dövlət Statistika Komitəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib.

Belə ki, 2024-cü ilin yanvar-may aylarında ölkəyə 32,97 milyon siqaret və 34,65 min dkl 100% sp. araq idxal olunub. 

Qeyd edək ki, 2023-cü ilin eyni dövrünün idxal rəqəmlərinə nəzər salsaq deyə bilərik ki, siqaretə tələbat azalsa da, arağa olan tələb artıb. Belə ki, ötən ilin yanvar-may aylarında Azərbaycana 73,7 milyon siqaret, 28,96 min dkl 100% sp. araq gətirilib. 

Ümumilikdə isə, 2023-cü ildə ölkəyə 365,21 milyon siqaret gətirilib və buna 7000,98 min dollar (11 milyard 87 milyon 9 min 476 manat) xərclənib. 

Arağa isə ötən il 9331, 3 min dollar (15 milyard 83 milyon 5 min 341 manat) pul xərclənib. 

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO