Azərbaycana kartof və soğanı niyə İDXAL edilir? – AÇIQLAMA 

Azərbaycana kartof və soğanı niyə İDXAL edilir? – AÇIQLAMA 

Hazırda oxunan: Azərbaycana kartof və soğanı niyə İDXAL edilir? – AÇIQLAMA 

202152

Benzinin qiymətindəki dəyişiklik artıq bir sıra kənd təsərrüfatı məhsullarının qiymətində özünü büruzə verir. Buna ət məhsullarının bahalaşmasını misal göstərə bilərik. Ümumiyyətlə, aqrar sənaye ölkəsi olan Azərbaycan bu gün bir çox məhsulların istehsal sahəsində çatışmazlıq yaşayır. 

Maraqlıdır, hansı məhsullar bizə idxal olunur?

Kənd təsərrüfatı eksperti Akif Nəsirli Bizim.Media-ya bildirib ki, hər nə qədər tranzit xərcləri artsa da, Azərbaycanın daxilində tələbat varsa və bunu yerli istehsal ödəmirsə, deməli idxal davam edəcək:
 

MÖVZU İLƏ BAĞLI:

Kartof istehsalı azalsa da, ixracın həcmi və dəyəri ARTIB – FƏRQLİ STATİSTİKA


“Ölkədə istehsal aşağı səviyyədədir və buna görə də tranzit xərcləri artdığı halda belə, idxal davam eliyir. Tranzit xərclərinin artması nisbi məsələdir. Əslində idxalda tranzit xərci o qədər də önəmli sayılmır. Məsələn, bizə hansısa ölkədən məhsul idxal edilirsə, yanacaq ixrac ölkəsində vurulur. Azərbaycana gələnə qədərki yolun böyük hissəsində mənbə ölkənin yanacağından istifadə edilir ki, onlar hətta hazırda burdakı benzindən də bahadır. Yəni yanacaq qiymətinin artmasının tranzit xərclərinə təsiri o qədər də böyük deyil”. 

Ekspert qeyd edib ki, əslində kartof və soğan Azərbaycanda əhalini təmin edəcək səviyyədə istehsal olunur: 

“Amma kartofun da, soğanın da bir hissəsi müəyyən mövsümdə xarici ölkələrə ixrac olunur və fevral-mart aylarında isə tərsinə olaraq idxal edilir. Ümumilikdə götürdükdə isə, kartof və soğan ölkə tələbatını ödəyir. Süd və süd məhsulları istehsalı isə tələbatın yarısını ödəyir. Ət və ət məsullarının isə 55-60%-ni, bitki yağlarının isə 80%-ni xaricdən idxal edirik, bir hissəsini isə yarımfabrikat kimi burda qablaşdırırıq. Demək olar ki, bitki yağlarının hamısını xaricdən gətiririk”. 

A.Nəsirlinin sözlərinə görə, hazır məhsulların da çox böyük əksəriyyəti xaricdən idxal olunur ki, onları saymaqlı bitirmək olmaz:

“Meyvə-tərəvəzlərin isə böyük əksəriyyəti mövsüm dövründə Azərbaycanda istehsal olunur, qışda xaricdən gətirilir”.

Nuranə Daxilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO