Dollara tələbat iki dəfə aşağı DÜŞDÜ - Nə baş verir?

Dollara tələbat iki dəfə aşağı DÜŞDÜ - Nə baş verir?

Hazırda oxunan: Dollara tələbat iki dəfə aşağı DÜŞDÜ - Nə baş verir?

201820

Xəbər verdiyimiz kimi 11 iyul tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya tələb 30,6 milyon dollar təşkil edib.

Bundan əvvəlki – 9  iyul tarixində keçirilən sonuncu hərracla müqayisədə valyutaya tələb 2 dəfədən çox azalıb.

Belə ki, 9 iyul tarixində keçirilən hərracda 75,3 milyon dollar həcmində valyuta satılıb.

Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən ötən dövr ərzində Mərkəzi Bank tərəfindən 48 hərrac keçirilib və bu hərraclarda ümumilikdə 3 milyard 715,2 milyon dollar satılıb.

Mövzu ilə bağlı Bizim.Media-ya fikirlərini bölüşən Liberal Iqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, yay aylarında dollara tələbat nisbətən azalır:

“Bu da onunla bağlıdır ki, turizm mövsümü ilə əlaqədər ölkəmizə minlərlə adam gəlir. Gələn hər bir turist də ən azı min dollar xərcləyir. Beləcə, təkcə turistlərin hesabına ölkəmizə milyonlarla dollar axır. Ona görə də iyulun birinci 10 günlüyünün yekununda bankların dollara tələbatının 2 dəfə aşağı düşməsi anlaşılandır.Amma dollara tələbatın növbəti günlərdə də kəskin şəkildə aşağı düşəcəyini demək doğru olmazdı. Məsələn, ötən ay dollara tələbat 640 milyon olub. Amma iyul ayının 10 günündə isə bu tələbat 240 milyondur. Belə baxanda tələbat heç də azalmayıb. Tələbatın azalmasının dəqiq mənzərəsini növbəti hərraclarda görəcəyik”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO