Hansı məhsulların idxalı azalıb? – SİYAHI  

Hansı məhsulların idxalı azalıb? – SİYAHI  

Hazırda oxunan: Hansı məhsulların idxalı azalıb? – SİYAHI  

201819

2024-cü ilin yanvar-may aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 13,9 faiz, tütün – 3,4 dəfə, meyvə və tərəvəz şirələri 3 – 17,9 faiz, meyvə və tərəvəz konservləri – 12,3 faiz, bitki yağları – 4,6 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 2,6 dəfə, çay – 4,7 faiz, pambıq lifi – 2,4 dəfə, mineral gübrələr – 2,0 dəfə, qara metallardan çubuqlar – 6,4 faiz, bentonit gili – 5,3 faiz artıb, təzə tərəvəz ixracı isə 1,3 faiz, kartof – 35,1 faiz, şəkər – 29,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 21,8 faiz, polipropilen – 29,3 faiz, polietilen – 17,0 faiz, elektrik enerjisi – 67,8 faiz, emal olunmamış alüminium – 32,3 faiz, sement klinkerləri – 4,3 faiz, pambıq ipliyi – 35,5 faiz, qara metallardan borular – 39,1 faiz azalıb. 

Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.

2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 2024-cü ilin yanvar-may aylarında təzə meyvə idxalı 35,9 faiz, bitki yağları – 19,0 faiz, şokolad və şokolad məhsulları – 22,4 faiz, kərə yağı, digər süd yağları və pastaları – 38,9 faiz, unlu qənnadı məmulatları – 20,4 faiz, quş əti və onun əlavə məhsulları – 17,3 faiz, mal əti – 95,9 faiz, təzə tərəvəz – 69,3 faiz, qara metallardan borular – 62,2 faiz, hesablama maşınları, blok və qurğuları – 22,8 faiz, yük avtomobilləri – 26,7 faiz, sintetik yuyucu vasitələr – 1,5 faiz, məişət kondisionerləri – 61,0 faiz, mineral gübrələr – 95,8 faiz, qara metallardan çubuqlar – 35,0 faiz, mebellər – 73,8 faiz, paltaryuyan maşınlar – 11,1 faiz, polipropilen – 26,4 faiz, avtobuslar – 60,7 faiz artıb, buğda idxalı isə 27,0 faiz, xam şəkər – 28,2 faiz, çay – 4,7 faiz, kartof – 5,1 faiz, siqaretlər – 54,3 faiz, minik avtomobilləri – 14,5 faiz, dərman vasitələri – 23,7 faiz, polad prokatı – 9,3 faiz, rezin şinlər – 23,4 faiz, polietilen – 15,8 faiz, məişət soyuducuları – 4,2 faiz, sement – 9,4 faiz azalıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO