Rəqabət Məcəlləsi qüvvəyə MİNDİ – “Bu məhsullar ucuzlaşa bilər”

Rəqabət Məcəlləsi qüvvəyə MİNDİ – “Bu məhsullar ucuzlaşa bilər”

Hazırda oxunan: Rəqabət Məcəlləsi qüvvəyə MİNDİ – “Bu məhsullar ucuzlaşa bilər”

200392

Xəbər verdiyimiz kimi iyulun 1-dən Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi qüvvəyə minib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Dövlət Xidməti hesab edir ki, Məcəllə ölkədə əlverişli biznes mühitinin inkişafı, təsərrüfat subyektlərinin sayının və iqtisadiyyata cəlb olunan investisiyaların artması üçün geniş imkanlar yaradacaq.

Nəzərə alaq ki, Rəqabət Məcəlləsi 17 ilə yaxın idi ki, Milli Məclisin müzakirəsində idi. Hər dəfə müxtəlif səbəblər üzündən qanunun qəbulu ləngiyirdi. Nəhayət, Məcəllə qəbul edildi və Ölkə Başçısının sərəncamına əsasən qüvvəyə mindi.

Bəs Rəqabət Məcəlləsinin qüvvəyə minməsi nəyi dəyişəcək?

Suala millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov aydınlıq gətirib.  O, Bizim.Media-ya danışarkən bildirib ki, Rəqabət Məcəlləsi uzun müddət müzakirə olunan sənədlərdən idi:

“Təxminən 17 il bu məcəllənin müzakirəsi həyata keçirilib. Və nəhayət, Məcəllə geniş miqyaslı müzakirələrdən sonra qəbul olundu. Məcəllə layihəsi Milli Məclisə təqdim edildikdən sonra həm də ictimai dinləmələr oldu. Bu müzakirələrdə yalnız millət vəkillərinin deyil, ictimaiyyət nümayəndələrinin də təklifləri müzakirə olundu.  

Bu Məcəllənin qəbulu vacib idi. Çünki Məcəllənin qəbulu nəticə etibarı ilə biznes mühitinin müdafiə olunması, dəstəklənməsi və eləcə də azad sahibkarlığın genişlənməsi üçün vacibdir. Bu birmənalı şəkildə rəqabətin güclənməsinə və sahibkarlığın inkişafına töhfə verəcək”.

Vüqar Bayramov qanunun qüvvəyə minməsindən sonrakı gözləntilərdən də danışdı:

“Gözlənti ondan ibarətdir ki, bir sıra ərzaq və qeyri-ərzaq məhsulların qiymətində azalamalara səbəb ola bilər. Təbii ki, bu qısamüddətli gözlənti deyil. Amma Məcəllənin qəbulundan sonra azad biznesin daha da inkişaf etməsi, rəqabətin güclənməsi artıq orta müddətli dövrdə istehlak bazarındakı qiymətlərə də təsir göstərə bilər. 

Bütün hallarda Məcəllənin qəbulu istehlak bazarında rəqabəti gücləndirəcək. Xüsusən də bu, kiçik və orta sahibkarlar üçün yeni imkanlar deməkdir. Bu qanunun qəbulu qiymətlərin optimallaşdırılması və istehlakçıların hüquqlarının qorunması baxımdan çox vacib idi”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO