Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulması DÜYÜNÜ - ŞƏRH

Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulması DÜYÜNÜ - ŞƏRH

Hazırda oxunan: Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulması DÜYÜNÜ - ŞƏRH

19847

Erməni-rus mətbuatı yazır ki, Avrasiya İqtisadi İttifaqının (Aİİ) Kazanda keçirilən hökümətlərarası Şuranın toplantısında Azərbaycanın iştirakına Ermənistan veto qoyub.

Bu barədə Ermənistanın baş naziri müavini səlahiyyətlərini icra edən Mqer Qriqoryan mətbuata açıqlama verib.

O, izahat verib ki, üzv olmayan dövlətlərin iclasda iştirakı üzv dövlətlər arasında konsensus əsasında həyata keçirilir. 

Bizim.Media xəbər verir ki, iqtisadçı-ekspert Qubad İbadoğlu məsələyə “Facebook” hesabında münasibət bildirib. O, qeyd edib ki, Azərbaycan tərəfi rəsmi açıqlama verməsə də, Aİİ-yə maraq göstərilməsi suallar doğurur:
 

MÖVZU İLƏ BAĞLI:

Səlim Müslümovun “ƏLİLLİK BİZNESİ”: “Məmurlar niyə cəzalandırılmır” – Qubad İbadoğlu


“Birincisi, Rusiyanın faktiki rəhbərlik etdiyi İttifaqa Azərbaycanın daxil olmasını arzulamıram. Bu siyasi cəhətdən yalnışlıq olardı, iqtisadi suverenliyimizə də xələl gətirər, təhlükə və riskləri artırar. İkincisi, bu ittifaq regional təşkilat olaraq özünü doğrultmayıb, ildən-ilə daha pis nəticələrə imza atır.

Belə ki, ötən il ərzində Aİİ-nin üzv ölkələri arasında ticarət dövriyyəsi 12,3 faz azalıb. Üçüncüsü, Aİİ-də üzvlük Rusiyada qazanc dalınca gedən miqrantlara heç bir imtiyaz vəd etmir. Ona görə də bununla Rusiyada yaşayan soydaşlarımızın problemlərini həll etmək mümkün deyil.

Nəhayət, Aİİ-yə üzvlük Azərbaycanın avrointeqrasiya istiqamətində fəaliyyətinə çətinliklər yaradacaq. Avropa İttifaqı ilə Dərin və Hərtərəfli Azad Ticarət Sazişinin (DSFTA) imzalanmasına əngəllər törəcək ki, bu da ölkəmizin beynəlxalq investisiya və tiracət əməkdaşlığından və inteqrasiyasından faydalarını azaldacaq”.

Ekspert əlavə edib ki, hazırkı dövrdə milli iqtisadiyyatın modernləşdirilməsi və rəqabət qabiliyyətinin artırılması mümkün deyil.

Azərbaycan Porterin məşhur 4 mərhələli inişafının (resurs, investisiya, innovasiya və sərvət) birinci və ikinci pillələri arasında qalacaq.

3-cü (innovasiya) və 4-cü (sərvət) pillələri bizim üçün əlçatmaz olacaq. Belə olanda da Aİİ bizə lazımdırmı? Əlbəttə ki, yox!”, deyə Qubad İbadoğlu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO