Beynəlxalq Enerji Agentliyinin rəsmisi ilə Azərbaycanın enerji resurslarından istifadə müzakirə edildi - FOTO

Beynəlxalq Enerji Agentliyinin rəsmisi ilə Azərbaycanın enerji resurslarından istifadə müzakirə edildi - FOTO

Hazırda oxunan: Beynəlxalq Enerji Agentliyinin rəsmisi ilə Azərbaycanın enerji resurslarından istifadə müzakirə edildi - FOTO

195536

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüşüblər.

İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya bildirilib ki, görüşdə ölkəmizdə enerji səmərəliliyinin, bərpaolunan enerji mənbələrinin artırılması, ənənəvi yanacaq növlərindən istifadənin azaldılmasına diqqət yetirilməsi və digər nəticələr baxımından qazanılan uğurlar diqqətə çatdırılıb.

Tərəflər Azərbaycanın alternativ enerji resurslarından istifadənin intensivləşdirilməsi işində fəal iştirakı, COP29 tədbirindən gözləntilər və iqlim dəyişikliyini tənzimləyən proqramların maliyyələşdirilməsi mexanizmləri barədə fikir mübadiləsi aparıblar.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO