Azərbaycanda mal və xidmətlər əsasən tender və kotirovka sorğusu vasitəsi ilə keçirilir. Bu sorğu və tenderdə iştirakçı olan bütün iddiaçılar da ümumi məbləğin müəyyən faizini qabaqcadan tender komissiyasına ödəməlidirlər.
Məsələnin maraqlı tərəfi isə ondan ibarətdir ki, tender başa çatdıqdan sonra məğlub olan iddiaçıların əvvəlcədən ödədiyi vəsait geri qaytarılmır.
“Bütün dünyada oxşar təcrübə tətbiq olunur”
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, bütün dünyada tenderdə-hərracda iştirak üçün beh verilir:
“Beh isə heç zaman geri qayıtmır. Bu da ona görə belədir ki, hərracda iştirak edən imkanlı və iddialı şirkətlərdir. Onlar üçün də iddia behi elə bir əhəmiyyət kəsb eləmir.
Bundan əlavə, inkişaf etmiş ölkələrdə hərracları, tenderləri özəl şirkətlər keçirir. Çünki həmin ölkələrin iqtisadiyyatında əsas pay sahibi özəl sektordur. Sadəcə dövlət qanunverici bazanı hazırlayır və bu qanunların icrasına nəzarət edir. Azərbaycanda isə tenderləri əsasən dövlət keçirir. Xidmətləri və malları da satan dövlətdir. Ona görə də dövlət bəzi hallarda iştirakçılara güzəşt edə bilər.
Ümumilikdə isə tenderlərdə iştirak haqqı minimum olmalıdır. Məsələn, 0,2-0,5 faiz. Bu da tender prosesinin maliyyələşdirilməsinə sərf olunmalıdır”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:40 / 01.06.2024
Tenderlərdə məğlub olan şəxslərin öncədən ödədiyi vəsait niyə geri qaytarılmır? – AÇIQLAMA
Hazırda oxunan: Tenderlərdə məğlub olan şəxslərin öncədən ödədiyi vəsait niyə geri qaytarılmır? – AÇIQLAMA
Hazırda oxunan: Tenderlərdə məğlub olan şəxslərin öncədən ödədiyi vəsait niyə geri qaytarılmır? – AÇIQLAMA
195042
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.