İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov BMT-nin Baş katibinin köməkçisi, qurumun İnkişaf Proqramının Administratorunun köməkçisi və Avropa və MDB ölkələri üzrə Regional bürosunun direktoru xanım İvana Jivkoviç ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə ölkəmizin inkişaf hədəflərinə çatmaq üçün BMT və onun ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlığının əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, BMT və Azərbaycan Hökuməti arasında 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair imzalanan Çərçivə Sənədinin icrası ölkəmizdə aparılan islahatlarda, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında, habelə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in reallaşdırılması istiqamətində layihələrin həyata keçirilməsində əhəmiyyətli rol oynayır.
Azərbaycan regionda ilk, dünyada 10 ölkədən biri olaraq DİM-lərin icrası istiqamətində görülmüş işlərlə bağlı BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna 3 dəfə Könüllü Milli Hesabat təqdim edib.
Ölkəmiz tərəfindən növbəti - 4-cü Könüllü Milli Hesabat bu ilin iyul ayında təqdim ediləcək.
Görüşdə BMT-nin İnkişaf Proqramı ilə uğurlu tərəfdaşlıq çərçivəsində reallaşdırılan layihələrin dayanıqlı inkişafa nail olunmasında önəmi vurğulanıb, COP29-a hazırlıq çərçivəsində BMT-nin İnkişaf Proqramının dəstəyi ifadə olunub, müxtəlif istiqamətlər üzrə əməkdaşlıq məsələləri barədə müzakirə aparılıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
06:16 / 30.05.2024
Azərbaycan COP29-da BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq edə bilər
Hazırda oxunan: Azərbaycan COP29-da BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq edə bilər
Hazırda oxunan: Azərbaycan COP29-da BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq edə bilər
194780
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.