Azərbaycanda adambaşına düşən gəlir nə qədərdir? – RƏSMİ RƏQƏMLƏR

Azərbaycanda adambaşına düşən gəlir nə qədərdir? – RƏSMİ RƏQƏMLƏR

Hazırda oxunan: Azərbaycanda adambaşına düşən gəlir nə qədərdir? – RƏSMİ RƏQƏMLƏR

19383

Azərbaycanda hər bir nəfərə düşən gəlir 1344,5 manatdır. 

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yeni ilin ilk 3 ayında Azərbaycanda ümumi daxili məhsul 18 milyon 921,5 manat təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM isə 1891,1 manat təşkil edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ölkədə ölüm sayı çoxalıb... Təbii artımda isə kəskin azalma var - STATİSTİKA


Yanvar-mart aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi isə 2 milyon 365,2 manatdır. Bu vaxt kəsiyində kənd təsərrüfatı məhsulları 994.8 milyon manat təşkil edib.

Heyvandarlıq isə 946,1 milyon manat hesablanır. 

3 ay ərzində əhalinin nominal gəlirləri 13 milyon 455,9 manat olub. Əhalinin hər bir nəfərinə düşən nominal gəlirlər isə, 1344,5 manat təşkil edib. Bu isə adambaşına hər aya 448 AZN gəlir deməkdir.

Sözügedən 3 aylıqda adambaşına düşən orta aylıq əməkhaqqı isə 692,3 AZN kimi qeyd olunur.

Yanvar-mart aylarında Azərbaycan vətəndaşlarının banklardakı əmanətləri 8 milyon 379,9 manat təşkil edib. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO