Azərbaycanda un BAHALAŞDI - VİDEO 

Azərbaycanda un BAHALAŞDI - VİDEO 

Hazırda oxunan: Azərbaycanda un BAHALAŞDI - VİDEO 

193376

Azərbaycanda un bahalaşıb.

Bizim.Media xəbər verir ki,  aprel ayında 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. Bu ay isə qiymət 27 manat 35 qəpiyə qədər artıb.

Qiymət artımını satıcılar da təsdiqləyirlər. Qiymət artımına əsas səbəb isə məhsulun azlığı göstərilir.

İqdisadçı Xalid Kərimli deyir ki, Azərbaycan buğdaya olan tələbatı əsasən idxal hesabına qarşılayır. Onun sözlərinə görə, Ukrayna və Rusya arasında gərginliyin davam etməsi və məhsuldarlıqda yaranan narahatlıq qiymətlərə təsir edən əsas amillərdəndir.
Ekspert hesab edir ki, məhsul yığımındakı çətinliklər aradan qalxmasa, qiymətlərin enəcəyi real görünmür.

Mövzu ilə bağlı daha ətraflı xezerxeber.az-ın videomaterialında:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO