Un BAHALAŞDI: Çörəyin qiyməti artacaq?

Un BAHALAŞDI: Çörəyin qiyməti artacaq?

Hazırda oxunan: Un BAHALAŞDI: Çörəyin qiyməti artacaq?

193242

Azərbaycanda unun qiyməti son bir ayda artıb. 

Bizim.Media “globalinfo.az”a istinadən xəbər verir ki, aprel ayının 25-nə qədər 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. 

Ötən ayın sonlarından isə bu qiymət 27 manat 35 qəpiyə qədər artıb. Belə olan halda çörəyin qiyməti artırılacaqmı? 

Məsələ ilə bağlı açıqlama verən “Sarı Sünbül” MMC unun bahalaşmasını təsdiq edib: 

“Bəli, 50 kiloqramlıq unun hazırda topdansatış qiyməti 27 manatdır. Bahalaşma unun bütün növlərinə aiddir. Buna səbəb isə buğdanın qiymətinin artmasıdır”. 

“İsrafiloğlu” MMC-dən isə bildirilib ki, “NUR” çörəyi hələ ki, köhnə qiymətlə satılır: 

“Unun bahalaşması səbəbindən çox güman ki, biz də topdansatış qiymətini artıracağıq. Bu, bizdən asılı məsələ deyil. Un bahalaşırsa, avtomatik cüzi də olsa çörəyin qiyməti artırılacaq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO