Azərbaycanda əhali pullarını ən çox hansı məhsullara xərcləyib?

Azərbaycanda əhali pullarını ən çox hansı məhsullara xərcləyib?

Hazırda oxunan: Azərbaycanda əhali pullarını ən çox hansı məhsullara xərcləyib?

192229

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 881.6 milyon manatlıq içki və tütün məmulatları satılıb. 

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 8% çoxdur. 

Belə ki, ötən ilin yanvar-aprel ayları ərzində ölkədə 815.7 milyon manatlıq içki və tütün məhsulları satılıb. 

Qeyd edək ki, hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,2%-i ərzaq məhsullarının, 5,2%-i içkilər və tütün məmulatlarının, 13,4%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8%-i avtomobil benzini və dizel yanacağının, 4,4%-i elektrik malları və mebellərin, 2,4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. 

Xatırladaq ki, cari ilin yanvar-aprel ayları ərzində pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 416,5 manatlıq, o cümlədən 235 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 181,5 manatlıq qeyri-ərzaq malları alıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO