Minimum əmək haqqı nə qədər arta bilər? - PROQNOZ 

Minimum əmək haqqı nə qədər arta bilər? - PROQNOZ 

Hazırda oxunan: Minimum əmək haqqı nə qədər arta bilər? - PROQNOZ 

191993

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin minimum əmək haqqının artırılması ilə bağlı təkliflərini hazırlayaraq noyabrın 1-dək təqdim edəcəyi gözlənilir. Bəs, minimum əmək haqqı nə qədər arta bilər?” 

Bizim.Media xəbər verir ki,  bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb. 

Deputatın sözlərinə görə, minimum əmək haqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artırılaraq 345 manat olub: 

“Bütövlükdə, son 5 ildə minimum əmək haqqı 2,7 dəfə artırılıb. Minimum əmək haqqında yeni artım zamanı iki meyardan istifadə oluna bilər: ötən müddətdə qeydə alınan inflyasiya səviyyəsi və ya həmin dövrdə nominal orta aylıq əmək haqqındakı artım faizi. 

2023-cü ildə inflyasiya səviyyəsi 8,8, orta aylıq əmək haqqındakı artım faizi 11,3 faiz olub. Bununla yanaşı, 2024-cü ildə də həm qiymət artımları, həm də nominal orta aylıq əmək haqqının dəyişməsi qeydə alınıb”. 

V.Bayramov qeyd edib ki, kumulativ baxıldıqda söhbət daha yüksək rəqəmlərdən getməlidir:

“Yəni 2023 və 2024-cü illər üzrə meyarların orta cəmi nəzərə alınmaqla minimum əmək haqqında daha yüksək artım reallaşa bilər. Bu halda söhbət iki rəqəmli artımdan gedir. 
Təbii ki, daha dəqiq rəqəm rəsmi təkliflər təqdim olunduqdan sonra bəlli olacaq. Bununla belə, minimum əmək haqqındakı artımın 700 mindən çox vətəndaşımızı əhatə edəcəyini nəzərə alsaq artım faizinin əhəmiyyətini təsəvvür etmək çətin olmaz”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO