Zaman-zaman fərdi və hüquqi şəxslərin dövlətə vergi borclarını ödəməməsi ilə bağlı məlumatlar eşidirik. Bir çox hallarda, bu məlumatlar hüquqi şəxslərlə bağlı olur. Şirkət sahibləri külli miqdarda dövlətə borclu qalmış olur.
Maraqlıdır, bəs dövlətə vergi borcu ödənilməməsinin cəzaları nələrdir?
Hüquqşünas Əsabəli Mustafayev Bizim.Media-ya açıqlamasında vergi anlayışına ümumilikdə bütün məcburi ödənişlərin bura aid edildiyini bildirib:
“Dövlətə vergi borcunun ödənilməməsində iki cür - maddi və hüquqi məsuliyyət var. Məlum olanda ki, vergidənyayınma halı var, həmin şəxsə cərimə və faiz hesablanır. Bir də hüquqi tərəf var ki, bunun üçün isə cinayət məsuliyyəti nəzərdə tutulub.
50 min manata qədər olan vergidənyayınmaya hüquqi məsuliyyət nəzərdə tutulmayıb, ancaq maddi məsuliyyətdir. Yəni borc 50 min manata qədərdirsə, vergi orqanı müxtəlif tədbirlər görə bilir. Məsələn, belə olan halda vergi orqanı faiz təşkil edir, şəxsin ölkədən çıxışına qadağa qoydurur, bank hesablarına sərəncam tətbiq edir və nəticə hələ də yoxdursa, məhkəməyə müraciət edir”.
Ə.Mustafayev bildirib ki, artıq məhkəmə qərarı icra olunmadıqda, icraçılar fəaliyyətə keçir, müxtəlif hüquqi tədbirlər həyata keçirirlər:
“Borc 50 mindən çoxdursa, şəxs cinayət məsuliyyəti daşımış olur. Burada həmin məbləğin 3 kateqoriyası var. Biri xeyli, biri külli, biri də xüsusilə külli miqdardadır. Xeyli miqdar 50-200 minə, külli miqdar 200-500 minə qədər, xüsusilə külli miqdar isə 500 mindən yuxarıdır.
Xeyli miqdar üçün cəza, ödənilən məbləğin 2-3 misli qədər olur, yəni əmlakına, gəlirinə həbs qoyulur və ya borclu şəxs 3 ilə qədər azadlıqdan məhrum edilir.
Külli miqdar üçün cəza, ödənilən məbləğin 3 misli qədər olur və ya şəxs 3-5 ilə qədər həbs edilir.
Xüsusilə külli miqdar üçün isə cəza, ödənilən məbləğin 4 misli qədər olur və ya borclu 5-7 ilə qədər azadlıqdan məhrum edilir”.
Nuranə Daxilqızı, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:30 / 10.05.2024
Dövlətə vergi borcu olanları hansı cəza GÖZLƏYİR? – Hüquqşünasdan AÇIQLAMA
Hazırda oxunan: Dövlətə vergi borcu olanları hansı cəza GÖZLƏYİR? – Hüquqşünasdan AÇIQLAMA
Hazırda oxunan: Dövlətə vergi borcu olanları hansı cəza GÖZLƏYİR? – Hüquqşünasdan AÇIQLAMA
191249
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.