BMTİP ilə enerji səmərəliliyi sahəsində görülən tədbirlər müzakirə edilib

BMTİP ilə enerji səmərəliliyi sahəsində görülən tədbirlər müzakirə edilib

Hazırda oxunan: BMTİP ilə enerji səmərəliliyi sahəsində görülən tədbirlər müzakirə edilib

189646

Energetika naziri Pərviz Şahbazov ilə BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo arasında görüş olub.

Bizim.Media nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Azərbaycan və BMTİP uzunmüddətli əməkdaşlıq əlaqələrinin enerji sahəsində inkişafı yaşıl enerji texnologiyaları, enerji səmərəliliyindən geniş istifadə, həmçinin COP29-a sədrlik müstəvisində nəzərdən keçirilib və əməkdaşlıq imkanları dəyərləndirilib.

Azərbaycanın hazırda bərpa olunan enerji mənbələrinin istehsalı və ixracı, regional yaşıl enerji interkonnektorlarının qurulması üzrə həyata keçirdiyi layihələrin icra vəziyyəti, həmçinin enerji səmərəliliyi sahəsində görülən tədbirlərdən bəhs edilib. Azad edilmiş ərazilərin enerji təminatının yaşıl enerji zonası konsepsiyasına əsaslandığı, burada istehsal olunan enerjinin daxili istehlakla bərabər ixraca yönəldilməsi ilə bağlı planları qeyd olunub.
Söhbət zamanı bələdiyyə, ictimai binalar, məktəblərdə enerji səmərəliliyi aspektində tədbirlərin görülməsi, yeni yaradılmış “Enerji Effektivliyi Fondu”nun fəaliyyəti, bərpa olunan enerjidən istifadə etməklə mərkəzləşdirilmiş istilik təchizatının qurulması, həmçinin “Elektromobillik üzrə Milli Plan”ın hazırlanması və həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Ölkəmizin bərpa olunan enerjinin inkişafı istiqamətində həyata keçirdiyi kurs təqdir edilib və BMT-nin inkişaf Proqramının müvafiq istiqamətlərdə əməkdaşlığa hazır olduğu bildirilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO