Rus turistlərin Azərbaycana kütləvi axını başlayır: Hotel qiymətləri BAHALAŞACAQ?

Rus turistlərin Azərbaycana kütləvi axını başlayır: Hotel qiymətləri BAHALAŞACAQ?

Hazırda oxunan: Rus turistlərin Azərbaycana kütləvi axını başlayır: Hotel qiymətləri BAHALAŞACAQ?

189530

Rusiyalı turistlərin 10,42%-i may ayı üçün Azərbaycana aviabilet alıb.

Rusiya KİV-in məlumatına görə, bu ölkənin turistlərinin ən çox aviabilet aldığı ilk 3 ölkə siyahısına Özbəkistan (13,23%), Belarusiya (12,55%) və Türkiyə (11,9%) daxildir. Populyar istiqamətlər siyahısında 4-cü yeri Azərbaycan tutub.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda niyə ancaq 5 ulduzlu otellər tikilir? – İqtisadi DİLEMMA


Maraqlıdır, rus turistlərin kütləvi axınından sonra Azərbaycanda hotel qiymətləri bahalaşa bilərmi?

İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O bildirib ki, sayda ciddi artım olduğu təqdirdə mayda qiymətlərdə ciddi yüksəliş görə bilərik:

“Azərbaycanda yataq sayları ilə bağlı problem var. Bütün ölkə üzrə hotellərdə təqribən 10-11 min arası yataq yeri var ki, bu, kifayət qədər aşağı rəqəmdir. Təbii ki, qonaqların sayı artan kimi tələb də çoxalır. Bu, birbaşa qiymətlərə təsir göstərir və artım müşahidə edirik.

Azərbaycanın mühüm tədbirlərə ev sahibliyi edəcəyini nəzərə alsaq, yataq saylarının artırılması və yeni hotellərin açılması ilə bağlı işlər görülməlidir. Təklif az olanda tələb yüksələn kimi qiymətlər artır. May bayramlarında da buna bənzər hadisənin şahidi ola bilərik. 

Nəzərə almaq lazımdır ki, Rusiyadan gələnlərin sayında kifayət qədər artım var. Həftə ərzində Rusiyanın təxminən 30-dan çox müxtəlif şəhərlərindən Bakıya avisəfərlər təşkil olunur.

Rusiyalıların başqa ölkələrə səfərlərində problemlər və məhdudiyyətlər olduğu üçün onlar postsovet məkanına və yaxın ölkələrə səfərlər etməyə başlayıblar. Azərbaycan da bu səfərlərdə mühüm yer tutan istiqamətlərdən biridir”. 

Məhərrəm Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO