Rusiyada yeni avtomobil satışı yarıdan çox AZALDI

Rusiyada yeni avtomobil satışı yarıdan çox AZALDI

Hazırda oxunan: Rusiyada yeni avtomobil satışı yarıdan çox AZALDI

183718

Rusiyada may ayında yeni minik avtomobillərinin və yüngül kommersiya avtomobillərinin satışı 83,5% azalıb.

 

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Avropa Biznes Assosiasiyasının (AEB) məlumatında deyilir.

 

Mayda 24 268 avtomobil satılıb ki, bu da bir il əvvəlkindən 123 110 ədəd azdır. Satışların böyük hissəsi “Lada”dan (6 012 avtomobil) ibarət olub ki, bu da 2021-ci ilin may ayı ilə müqayisədə 84 faiz azalıb. İkinci yerdə 3606 avtomobillə “Kia” (81 faiz azalma), üçüncü yerdə isə 2916 avtomobillə “Hyundai” (82 faiz azalma) qərarlaşıb.

 

Yanvar-may aylarında isə ümumi satışlar yarıdan çox azalıb. Ötən ilin ilk 5 ayında 663 min avtomobil satıldığı halda bu il 318 min avtomobil satılıb.

 

Vasif

Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO