Rusiya büdcəsinin vergi daxilolmaları 12 faiz ARTACAQ

Rusiya büdcəsinin vergi daxilolmaları 12 faiz ARTACAQ

Hazırda oxunan: Rusiya büdcəsinin vergi daxilolmaları 12 faiz ARTACAQ

183305

Rusiya Federasiyasının büdcə sisteminə vergi daxilolmaları 2024-cü ildə 12 faiz və ya 5,7 trilyon rubl artaraq 52,5 trilyon rubla çatacaq.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Federal Vergi Xidmətinin rəhbəri Daniil Eqorov məlumat verib. 

Onun sözlərinə görə, cari dövrdə icmal büdcəyə daxilolmalarən 40,4 trilyon rubl (artım 11% və ya 4,2 trilyon rubl) həcmdə olacağı gözlənilir.

“Bundan başqa, federal büdcəyə 23,6 trilyon rubl (artım 20% və ya 4 trilyon rubl), icmal regional büdcələrə isə 16,8 trilyon rubl (+1%) daxilomla planlaşdırılır” - deyə FVX rəhbəri vurğulayıb.

Qeyd edək ki, FVX federal büdcənin qeyri-neft və qaz gəlirlərinin 6% artaraq 12,5 trilyon rubla çatacağı, eləcə də gəlir vergisi üzrə daxilolmaların 1,94 trilyon rubl (+1%), ƏDV-lər üzrə isə 7,7 trilyon rubl (+0,7%), sığorta haqlarının daxilolmalarının 12,1 trilyon rubl (+14%) olacağı gözlənilir.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO