Əhalinin nə qədər kredit borcu var? - RƏSMİ MƏLUMAT

Əhalinin nə qədər kredit borcu var? - RƏSMİ MƏLUMAT

Hazırda oxunan: Əhalinin nə qədər kredit borcu var? - RƏSMİ MƏLUMAT

182296

Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlərin həcmi 10 milyard manata yaxınlaşır.

 

Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin aprelin sonunda əhaliyə 9,461 milyard manata yaxın kredit verilib. Bu məbləğ ölkədə verilən bütün kreditlərin 51,6 faizini təşkil edib.

 

2022-ci ildə ev təsərrüfatlarına verilən kreditlərin məbləği 854 milyon manat və ya 9,92 faiz artıb ki, bu da ümumi kreditlərdəki artım sürətindən çoxdur. Buna görə də kredit qoyuluşunun sahələr üzrə strukturunda ev təsərrüfatlarının payı 50,3 faizdən 51,6 faizə yüksəlib.

 

Əhalinin aldığı kreditlərin 2,66 milyard manatı daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) yönəldilib. Bu istiqamətdə istifadə edilən vəsaitlərin həcmində cari ildə 176 milyon manat artım var.

 

Vasif

Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO