Energetika naziri: “Bizim istənilən qədər qaz rezervuarımız var” - VİDEO

Energetika naziri: “Bizim istənilən qədər qaz rezervuarımız var” - VİDEO

Hazırda oxunan: Energetika naziri: “Bizim istənilən qədər qaz rezervuarımız var” - VİDEO

180683

“Azərbaycanın qaz rezervləri sual altında deyil. Bizim istənilən qədər qaz rezervuarımız var”.

Bizim.Media  xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasının yekunlarına dair mətbuat konfransında deyib.

“Bizim Avropa İttifaqı ilə birlikdə bir hədəfimiz var. TAP-ın genişləndirilməsi 2026-cı il üçün nəzərdə tutulub. Başqa imkanlar da var. Sadəcə biz bunları Avropaya uyğun planlaşdırmalıyıq. Eyni zamanda, uzunmüddətli layihə yerinə spot bazarlarda müəyyən qaz satışları həyata keçirilir. Biz bütün bu faktları nəzərə alaraq Cənub Qaz Dəhlizinin genişləndirilməsini həyata keçiririk”, - deyə nazir qeyd edib.
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO