Türkiyə ilə ticarətimizdə KƏSKİN ARTIM – Hansı sahələr üzrə ixracımız daha YÜKSƏKDİR?

Türkiyə ilə ticarətimizdə KƏSKİN ARTIM – Hansı sahələr üzrə ixracımız daha YÜKSƏKDİR?

Hazırda oxunan: Türkiyə ilə ticarətimizdə KƏSKİN ARTIM – Hansı sahələr üzrə ixracımız daha YÜKSƏKDİR?

179927

Cari ilin yanvar ayında Azərbaycanla Türkiyə arasındakı ticarət əlaqələri ötən ilin eyni dövrü ilə müqayisədə 74 milyon 013,08 min ABŞ dolları və ya 15,57 faizə yaxın artıb. 

Bizim.Media Dövlət Gömrük Komitəsinin son hesabatına istinadən xəbər verir ki, təkcə yanvar ayındakı qarşılıqlı ticarət dövriyyəsinin ümumi həcmi 475 milyon 522.57 min dollardan bir qədər yüksək olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın Türk Dövlətləri Təşkilatının ölkələri ilə ticarət dövriyyəsi 8 milyard dolları ötdü


Bu artımın böyük bir hissəsi, yəni 305 milyon 038.23 min dollar və ya 44, 11 faizi ixracın, 189 milyon 208.86 min dolları isə idxalın üzərinə düşüb. 

Bu artım nə ilə bağlıdır və hansı sahələri əhatə edir? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli ticarət dövriyyəsinin artım hədəflərinin tərəflər arasında bağlanmış müqavilələrdə əks olunduğunu diqqətə çatdırıb:

“Əsas hədəf odur ki, yaxın illərdə qarşılıqlı ticarət dövriyyəsi 15 milyard dollara çatdırılsın. Keçən ilin rəqəmləri isə hələlik təqribən bunun 1/3 səviyyəsindədir. Artım üçün hələ bundan sonra da böyük imkanlar və fürsətlər var”. 

Türkiyədən idxalın artımını bir necə səbəblə əlaqələndirən ekspert, bunlardan birinin türk lirəsinin dəyərdən düşməsi olduğunu qeyd edib:

“Lirə nə qədər çox dəyərdən düşürsə, Türkiyədən bir o qədər çox mal və məhsulun idxalı daha sərfəli olur. Ona görə ki, manatın dəyəri dollara nisbətən xeyli sabitdir, yəni inzibati məzənnə rejimindədir. Bu gün Azərbaycanın Türkiyədən aldığı məhsulların bir çoxu işğaldan azad olunmuş torpaqların bərpasında istifadə olunur. Belə ki, tikinti materiallarına ehtiyac olduğu üçün ordan daha çox alınır ki, bu da idxalın artmasına səbəb olur”.

Onun sözlərinə görə, tərəflər arasında bağlanmış müqavilələrdə kifayət qədər vergi və gömrük güzəştləri də nəzərdə tutulub:

“Bunların tətbiqi də Türkiyədən mal və məhsulların idxalını daha sərfəli hala gətirir. Buna görə də idxal getdikcə daha da artacaq”. 

Müsahibimizin sözlərinə görə, Azərbaycan Türkiyəyə daha çox enerji daşıyıcıları ixrac edir:

“Bunlar da əsasən, təbii qaz və neft məhsullarıdır. Ən əsası isə Azərbaycandan Türkiyəyə xam neft göndərilir. Bunlar da ticarət dövriyyəsinin artımında böyük rol oynayırlar”. 

Qeyd edək ki, təkcə yanvar ayında Azərbaycandan Türkiyəyə 5 356 ton həcmində və 2 milyon 780.78 min dollar dəyərində xam neft vә xam neft mәhsulları ixrac olunub. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO