Almaniya vətəndaşları 2024-cü ildə 2021-ci illə müqayisədə elektrik, istilik və yanacağa 41 faizə qədər daha çox pul ödəyirlər.
Bizim.Media xəbər verir ki, bu barədə “Funke” qəzeti “Verivox” istehlak araşdırma portalının tədqiqatına istinadən məlumat yayıb.
Tədqiqat zamanı şərti olaraq 3 nəfərlik ailə əsas götürülüb. Beləliklə, 3 il əvvəl bir ailənin elektrik, istilik və yanacaq xərcləri 3,7 min avro təşkil edibsə, hazırda bu göstərici 1,5 min avro daha çoxdur.
Qeyd edilib ki, 2021-ci ildə COVİD-19-la qlobal enerji böhranı başlayıb, neft, qaz və elektrik enerjisinin çatışmazlığı və qiymət artımı müşayiət olunub, 2022-ci ildə Ukrayna böhranının başlanması ilə bu tendensiya güclənib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
00:44 / 26.02.2024
Almaniyada elektrik və yanacaq 41 faiz bahalaşdı
Hazırda oxunan: Almaniyada elektrik və yanacaq 41 faiz bahalaşdı
Hazırda oxunan: Almaniyada elektrik və yanacaq 41 faiz bahalaşdı
179817
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.